İdmançı qidalanması necə olur?

İdmançı qidalanması mövzusunda son zamanlar müxtəlif təkliflər eşidirsinizsə əgər, bunların bir qismini birlikdə araşdıraq.
HİNDQOZU SUYU
Yüksək keyfiyyətli bir idman salonu sizə bunlardan ikram edə bilər, ancaq tədqiqatçılar bildiyiniz adi sudan daha yaxşı olmadığını düşünür. Susdunuz, yoxsa?

AVOKADO
Araşdırma üstünə araşdırma, meyvənin ürək sağlamlığına faydalarını təsdiqlədi. Həmçinin yüksək lif məzmunu tox tutmağa köməkçi ola bilər.

GÜL KƏLƏMİ
Turpgil-lərdən olan bu tərəvəz, sanki təbiətin Crossfitçisi kimi bir çox şeyi bacarır. Vitamin baxımından zəngindir və həmçinin xərçəngin böyüməsini və yayılmasını qarşısını alan kükürd birləşmələri daxildir.

QARAĞAT
Bu meyvələr yalnız antioksidantlarla dolub daşmır. Onları pəhrizə daxil etmək, məşq sonrası yaxşılaşmağa yardımçı ola və əzələ zədəni məhdudlaşdıra bilər.

KOMBU ÇAYI
Bağırsaq sağlamlığına müdafiəçi olan bu içəcək, homeopatik səhnənin əsasını təşkil edir. Ancaq elmi hakimlər hələ də faydaları üzərində fikir birliyinə varmadı. Dadı da bir qəribədir.

KİNOA
Bu qədim taxıl, əsas amin turşuları ehtiva edən qüsursuz bir zülal qaynağıdır. Əzələ böyüməsini sürətləndirmək üçün ağ düyü yerinə təcrübədən keçirin.

YAŞIL ÇAY
Yaşıl çaydakı katexin-lərin uzun müddətli istehlakı metabolik sindromla döyüşür (tip 2 diabetin aparıcısı).

İSPANAQ
Yarpaqlı yaşılların əzələlərə kömək edən dəmir tərkibinə əlavə olaraq, gündə bir pay yeyənlər üzərində aparılan iş, ürək xəstəliyi riskini yalnız bir həftədə azaltdığını tapdı.

BADAM SÜDÜ
Mineral məzmunu baxımından süd ilə müqayisə edilmir. (bu üzdən yenə də süd içirsiniz, elə deyilmi). Bir stəkan inək südü, badamdakından beş dəfə çox zülal daxildir.

ÇİYA TOXUMU
Etiket üzərindəki iddialarına baxmayaraq, bu toxumlarda orqanizminizin həqiqətən ehtiyac duyduğu omega-3 növü olmur. Yaxşı bir lif qaynağı olmaqla birlikdə, omega almaq üçün yağlı balıq yesəniz, daha yaxşı olar.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.