Black Tie dress kodu haqqında hər şey

Kişilər tədbirlərlə əslində necə geyinməlidir?

Saç kəsimi - əsas olan təmiz və baxımlı saşlara sahib olmağınızdır. Əgər sizin bığ və saqqalınız da baxımlı və cazibədar görünmürsə o zaman təraş olunmalısınız.

Köynək - Ağ köynək ideal seçimdir. Köynəklərin qolları daha dar olduğu halda ideal görünüşünüzü təmin etmiş olacaqsınız.

Qalstuk - kəpənək - bu tədbir yas mərasimi olmadığından qalstuk və kəpənəyin qara rəngdə olması mütləq deyil.

Smokinq - bir və ya iki düyməli kostyuma üstünlük vermək lazımdır. Ağ smokinqio zaman seçim edə bilərsiniz ki, əgər tədbir dənizkənarında keçirilirsə. Adi hallarda qara və ya tünd göy rəngdə olan kostyumları seçim edə bilərsiniz.

Dəsmal - əgər dəsmal götürmək istəyirsinizsə, o zaman seçim edə bilərsiniz. Bu zaman yalnız ağ dəsmalı seçim edə bilərsiniz.

Bəzək əşyaları - adətən belə hallarda istifadə olunmur. Digər seçim isə sizin özünüzə qalır.

Jilet - belə tələblər çox az hallarda istifadə olunur. Jileti yalnız bir düyməli kostyumlarla geyinilə bilər.

Bel üçün olan qurşaq - adətən artıq üstünlük verilmir. Əgər şalvarla bağlı hər hansısa bir kompleksiniz varsa, o zaman istifadə edə bilərsiniz.

Şalvar - Pencəklə eyni materialdan və eyni rəngdə olması mütləqdir.

Corab - adətən pambıqdan olan qara coraba üstünlük verilməlidir.

Ayaqqabı - "Oksford" və ya "Derbi" tərzində olan qara ayaqqabılar seçim edilə bilər. Laklı və parlaq ayaqqabıları adətən ağ kostyumlarla seçim edilir.

Aksesuarlar - Saat belə hallarda istifadə olunmur. Çünki tədbir zamanı saatı izləmək tədbirə qarşı maraqsız olduğunuzun göstəricisi ola bilərdi.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.