Spirtli içki kilo almağınıza səbəb olacaqmı?

Spirt və kilo əlaqəsini təhlil edirik. Spirt kilo aparır, yoxsa!
Elm insanları ümumiyyətlə, alkoqolun zərərləri üzərinə daha çox diqqət çəkir; Ancaq spirtli içkilərin gündəlik kalori qəbuluna nə qədər təsir etdiyi qədər də çox təhlil olunan bir məsələ deyil. Tədqiqatçılar, 2007 - 2010-cu illər arasında National Health and Nutrition Examination tərəfindən aparılmış anket sorğularını araşdırıb spirt və kalori arasındakı əlaqəyə baxmışdır. Nəticədə kişilərin 30 %-nin, qadınların isə 18 %-nin hər gün spirt aldığı müəyyən edilmişdir. Bu şəxslərin aldığı gündəlik kalorinin 16 %-i spirtli içkilərdən gəlir. Hər gün (çox az da olsa) içki içmək, zaman içində kilo almağa səbəb olur. Sankt-. Luis Vaşinqton Universitetinin Qidalanma Kafedrasının Direktoru Koni Diekmane görə, hər gün normal alınan kalorilərə 100 kalori də alkoqoldan əlavə etmək, ildə artıq beş kiloyasəbəb olacaq.

AŞAĞI KARBONATLI PƏHRİZLƏR

Aşağı karbonatlı pəhrizlər populyarlığını davam etdirir. Aparılan araşdırmalar da bunların 6 və ya 12 aylıq proseslərdə aşağı yağlı pəhrizlərdən daha təsirli olduğu istiqamətindədir. Ancaq bu işlər, bu cür pəhrizlərin uzun müddət təsirlərini qiymətləndirmə məsələsində yetərli deyil. Yalnız insulin müqaviməti olan insanlara faydaları tanınır. Əldə edilən bəzi göstəricilər, ürək-damar xəstəliklərə yaxalanma riskinin artması ilə aşağı karbonatlı pəhrizlər arasında bir əlaqə olduğunu göstərir ancaq daha çox araşdırmaya ehtiyac var.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.