İdmançılar üçün 3 yeni qidalanma tərifi

İdmançı qidalanması, idmançı tərifləri mövzusunda tədqiqat aparanlara xüsusi 3 yeni tarif.
1-ci Salsa souslu balıq qızartması:
Salsa sous üçün ½ qırmızı istiot, (doğranmış) bir neçə budaq keşniş, 1 dilim ananas (doğranmış), 1 avokado (çəyirdəyi çıxarılmış, təmizlənmiş və doğranmış), bir çimdik duz, 1 ç/q diyircək limon suyu və ½ jalapeno istiot -nu (nüvələri çıxarılmış və kub şəklində doğranmış) qarışdır. Soyuducuda soyudun. Kiçik bir kasada 2 ç.q zeytun yağını eyni miqdarda toz qırmızı istiotla qarışdırın, sonra 4 tikə balıq can ətinin üzərinə çəkin. Balıqları, bişmə müddətinin yarısında tərsinə çevirərək 8 dəqiqə bişirin. Hər birinin üzərinə 4 xörək qaşığı salsa sous əlavə edib süfrəyə təqdim edin.

2-ci Ağır ədviyyatlı yumurta:
Qatı pörtmüş dörd yumurtanı ikiyə bölün. Yumurtaların sarısını ayırın, ağları bir boşqaba qoyun. Kiçik bir kasada ½ avokado, 1 ç/q diyircək lumu şirəsi, 2 xörək qaşığı liqht mayonez, ½ ç/q Dijon xardalı, bir çimdik duz, soğan tozu, sarımsaq tozu və yumurta sarılarını qarışdırın. Püre halına gətirib qaşıq, ya da sıxma torbası köməyi ilə yumurta ağlarının içinə yerləşdirin. Üstünə toz qırmızı istiot tökün.

3-cü Toyuq tako:
½ avokado, 1 xörək qaşığı limon suyu, ¼ ç/q duz, ¼ şirin qaşığı zirə, 3 xörək qaşığı su və 125 mln. xamanı mətbəx robotunda qarışdırın. Hazırladığın kremi soyuducuda gözlədin. Bu zaman kiçik bir kasada 2 ç/q zeytun yağı ilə ½ ç/q toz qırmızı istiotu qarışdırın və 4 hissə toyuq sinəsinin üzərinə fırça köməyi ilə sürtün. Tavanı orta odda qızdırın, toyuqların hər iki tərəfini 8-10 dəqiqə bişirin. Bişəndən sonra kəsmə taxtasına köçürün və zolaq şəklində dilimləyin. Üzərinə ½ ç/q qırmızı istiot əlavə edib qarışdırın. Küp doğranmış 1 orta boy soğan, 4 xörək qaşığı rəndələnmiş çeddar və soyuducusunda saxlandığınız kremi 2 takonun arasına sürtün. Toyuqla birlikdə təqdim edin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.